DataLife Engine > Manset, Ən Yeni Xəbərlər > Prezident Şəhidlər Xiyabanını ziyarət etdi

Prezident Şəhidlər Xiyabanını ziyarət etdi


20-01-2018, 09:45. Разместил: Namiq9 Prezident Şəhidlər Xiyabanını ziyarət etdi

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.

Aziya.info bilgi verir ki, dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.

Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.
dle
Вернуться назад