Реклама
» » Kibela – Ana tanrıça

Kibela – Ana tanrıça

24-02-2017, 13:32
Cap edin
Kibela – Ana tanrıça

Kibela qadının, doğumun himayədarı və ölmuş təbiəti canlandıran məhsuldarlıq tanrıçasıdır.
"Ki" -"Ka-Qa" yəni "Qadın - Kadın", "Bel - bela" sözü isə bizdə, yəni Azərbaycan dilində məhsuldarlığı ifadə edən "bol", "bolluq" bildirən sözləri ilə həm məna, həm də deyilişcə eynidir. Kibela çox zaman qucağında körpə ilə də təsvir edilib ki, "bela" sözünü ona görə "bala" kimi də qəbul etmək olar. Ana tanrıça Kibela həm də musiqinin himayədarı idi. Ona görə Kibelanın əlində qavalla təsvir edilmiş çox sayda heykəlləri var. Həmin vaxt bizim qaval kimi tanıdığımız, kult olan zərb aləti “Timpan” adlanırdı. İki metal qapaqla çalınan zərb aləti isə “kimval“ idi. Hazırda muğam ustalarımızın istifadə etdiyi zərb alətinin adı bizə “qaval” kimi gəlib çatıb və “kimval” sözünə çox bənzəyir. Hər ikisi də vaxtilə kult hesab edilmiş zərb alətidir. Bu gün muğam ustaları xanımlarımız əlində qaval ilə ifa edərkən Ana Tanrıçanın simvoluna çevrilirlər, bəlkə də bir anlıq da olsa, məqama çataraq Tanrıçanın özü olurlar. Heç bir xalqda qavalı bizdəki, yəni həm də Kibela kimi saxlamaq adəti yoxdur.


Kibela – Ana tanrıça
Kibela – Ana tanrıça
Kibela – Ana tanrıça
Kibela – Ana tanrıça



































Firəngiz Rüstəmova dle

Səs Verin: