Реклама
» » İmişlidə bəzi məmurlar yaşıllığa qənim kəsiliblər

İmişlidə bəzi məmurlar yaşıllığa qənim kəsiliblər

1-12-2017, 18:58
Cap edin
İmişlidə bəzi məmurlar yaşıllığa qənim kəsiliblər
İmişli rayonunda saytımızın ünvanına gələn məktuba görə Araz çayının sağ və sol hissəsində Tuqay meşələrinə qarşı illərdir davam edən "yaşıl soyqırım" son zamanlar daha genişlənib. İllərin, əsrlərin yaşıdı olan meşələr, müxtəlif növ ağaclar, "Qırmızı kitab"a düşmüş nadir bitki növləri amansızcasına məhv edilir. Soyqırımı həyata keçirənlər və onların havadarları yaxşı bəhanə də tapıblar. Onlar utanmadan prezidentin adından istifadə edirlər. Sən demə, dövlət başçısının "pambıq əkmək" kampaniyasına dəstək vermək üçün meşələri qırıb yerində pambıq, barama əkmək lazım imiş. Halbuki, dövlət başçısı hər zaman yaşıllıqların bu şəkildə məhv edilməsinə qarşı olub.
Verilən məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beyləqan (Regional) Meşə Mühafizə və Bərpa İdarəsinin Araz boyu meşəbəyliyinin İmişli rayonunun Qaraqaşlı, Mürsəlli, Murğuzallı, Xoşçobanlı, Otuziki, Xubyarlı və s. kəndlərinə aid olan hissəsində son 10 ildə 3.000 hektara yaxın meşə torpaqları ağaclardan təmizlənərək əkin sahəsinə çevrilib. Adı çəkilən idarənin əməkdaşları iri torpaq icarədarları ilə əlaqəyə girərək həmin ərazilərdə çox illik ağacları, nadir bitki növlərini amansızcasına kəsərək, həm onun oduncağını satır, həm də ərazidə pambıq, taxıl, arpa, yonca və s. əkirlər. Tuqay meşələri əməlli- başlı "yaşıl soyqırım"a məruz qalıb. Vaxtilə bu meşələrin əsasını təşkil edən qovaq ağacları məhv olmaq üzrədir. "Yaşıl soyqırım" əməliyyatçıları hətta yaşı 300 il olan qovaq ağaclarını, eləcə də adı "Qırımızı kitab"a düşən yulğun və s. bitkiləri də məhv edirlər. Təkcə keçən il Qaraqaşlı kəndi ərazisində 40 hektar meşə məhv edilərək icarədarlar tərəfindən hektarı 300 manata olmaq şərti ilə həmin ərazidə bostan bitkiləri əkiblər.
Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq...
dle

Səs Verin: