Реклама
» » Əbdürrəhim bəy Haqverdiyev: "...ay bala, səni əkənin atasına lənət"

Əbdürrəhim bəy Haqverdiyev: "...ay bala, səni əkənin atasına lənət"

10-07-2017, 08:46
Cap edin
Əbdürrəhim bəy Haqverdiyev:  "...ay bala, səni əkənin atasına lənət"

ƏBDÜRRƏHİM BƏY VƏ GƏNC ŞAİR

Bu hadisəni yaşlıların dilindən eşitmişəm. Həqiqətən də, böyük insanların zarafatları da kəsəri ilə seçilir.

30-cu illərin əvvəlləri idi. Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev «burjua ədibləri» elan olunmuş və NKVD-nin «tövsiyəsi» ilə Azərbaycan Yazıçılar İttifaqının rəhbərliyi hər iki ədibdən göz-qulaq olmaq üçün gənc proletar şairlərdən birini onlara qoşmuşdu. Möhkəm dost olan Mirzə Cəlil və Əbdürrəhim bəy hara gedirdilərsə, gənc şair dərhal peyda olur və özünü onlara pərçim edirdi…
Həftələr keçir. Günlərin birində «ayrılmaz üçlük» yenə də şəhərə çıxmışdı. Ağsaqqalların danışılası sözləri, gedəsi yerləri vardı. Amma proletar şairdən üzülüşə bilmirdilər. Molokan (indiki Xəqani bağının) yanına çatanda uzaqdan tramvayın gəldiyini görürlər. Əbdürrəhim bəy Mirzə Cəlilə göz vurub cibindən pul çıxarır və üzünü gəncə tutub deyir:
- Ay oğul, yaşlanmışam, sən Allah, o tindən mənə bir papiros al gətir…
Şair pulu götürüb köşkə sarı şığıyır. Bu zaman tramvay dayanır və hər iki ədib tez vaqona minib aradan çıxırlar. Papirosu alıb gələn şair isə onları dayanacaqda görmür…
Ertəsi gün yenidən Yazıçılar İttifaqının binasında rastlaşırlar. Gənc şair utana-utana Əbdürrəhim bəyə yaxınlaşır:
- Əbdürrəhim bəy, dünən məni yaman əkdiniz haaa….
Əbdürrəhim bəy pərt olmuş şairin çiyinlərini qucaqlayır və könlünün almaq üçün mehribancasına deyir:
- Sən nə danışırsan, ay bala, səni əkənin atasına lənət!


Əbdürrəhim bəy Haqverdiyev:  "...ay bala, səni əkənin atasına lənət"
















Araz Qurbanov dle

Səs Verin: