Реклама
» » Beynəlxalq Enerji Agentliyi: Qlobal neft tələbatı artacaq

Beynəlxalq Enerji Agentliyi: Qlobal neft tələbatı artacaq

7-03-2017, 09:58
Cap edin
Beynəlxalq Enerji Agentliyi: Qlobal neft tələbatı artacaq

Qlobal neft tələbatı 2016-2022-ci illəri əhatə edən dövrdə gündəlik 7,3 milyon barrel artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb. Bildirilir ki, qeyd edilən dövrdə qlobal neft tələbatı gündəlik 103,8 milyon barrelə çatacaq.

Hesabata görə, qlobal neft tələbatı bu il sutkada 98 milyon barrel, 2018-ci ildə 99,3 milyon barrel olacaq. 2022-ci ildə isə gündəlik neft tələbatı 7,3 milyon barrel artaraq 103,8 milyon barrelə çatacaq.

Həmin dövrdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tələbatı gündəlik 1,2 milyon barrel azalaraq 45,5 milyon barrel, qeyri-OECD ölkələrin tələbatı isə gündəlik 8,5 milyon barrel artaraq 58,3 milyon barrel olacaq.

OECD-dən savayı, ən böyük neft tələbatı artımı gündəlik 5,1 milyon barrel ilə Asiya qitəsində olacaq. 2022-ci ildə Asiyada gündəlik neft tələbatı 30,1 milyon barrelə çatacaq. Asiya qitəsini 1,2 milyon barrel artımla Orta Şərq və 600 min barrel ilə Latın Amerikası izləyəcək.
dle

Səs Verin: