Реклама
» » Barama istehsalı ilə məşğul olan şəxslərə eyni məbləğdə subsidiya veriləcək

Barama istehsalı ilə məşğul olan şəxslərə eyni məbləğdə subsidiya veriləcək

3-03-2017, 04:45
Cap edin
Barama istehsalı ilə məşğul olan şəxslərə eyni məbləğdə subsidiya veriləcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən sərəncamın 2.1-ci bəndində “növündən asılı olaraq” sözləri çıxarılır:

"2.1. barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;"

Beləliklə, barama istehsalı ilə məşğul olan şəxslərə yaş baramanın hər kiloqramına görə növündən asılı olmayaraq eyni məbləğdə subsidiya veriləcək.
dle

Səs Verin: