Реклама
» » Hipertoniyanın yaranma səbəbləri

Hipertoniyanın yaranma səbəbləri

27-02-2017, 11:50
Cap edin
Hipertoniyanın yaranma səbəbləri

1) Böyrək səbəbli xəstəliklər
- Böyrək arteriya damar darlığı (Renal arteriya stenozu): Xüsusilə yaşlı kişi xəstələrdə böyrək damarında meydana gələn kirəclənmə və ya gənc qadınlarda görülən fibromuskulər displaziya xəstəliyində meydana gələn böyrək arteriya darlığı (Renal arteriya stenozu) hipertoniyaya səbəb olur.Bu xəstələrin tipik xüsusiyyəti verilən hipertoniya dərmanlarına (təzyiq dərmanlarına) cavabın müqavimətli olmasıdır.
- Böyrək xəstəlikləri: Böyrəyin özü ilə əlaqədar xəstəliklərdə xüsusilə serum kreatinin səviyyəsində yüksəlmə ilə birlikdə gedən xəstəliklərdə.
2) Hormonlar ilə əlaqəli xəstəliklər.
- Feokromasitoma: Böyrək üstü vəzinin bir növ şişi olan feokromasitoma da bədəndə maddələr mübadiləsinə cavabdeh hormonların normaldan çox ifraz olunması zamanı müşahidə olunur.
- Hiperaldesteronizm: Böyrək üstü vəzindən qaynaqlanan kütlədən aldesteron adı verilən və vücudda olan hormonun həddindən artıq ifraz olunması hadisəsidir. Bu xəstələrdə qanda kalium səviyyələrində düşmə hadisəsi görülür.
- Digər hormonlar ilə əlaqədar səbəblər: Tiroid vezinin hiperfunksiyası, Kushing xəstəliyində, böyümə hormonu çoxluğuna gətirib çıxaran xəstəliklərdə hipertoniya görülür.
3) Anadangəlmə ürək xəstəlikləri
Aortanın koarktasiyası.
4) Dərmanlar:
Bəzi dərmanlar, məsələn kortizol, doğum kontrol həbləri, burun damcıları,soyuqdəymə zamanı istifadə olunan dərmanlar, müxtəlif depressiya dərmanları qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
5) Hamiləlik ilə əlaqəli hipertoniya:
6) Beyin şişi:
Kəllə içi təzyiqə yol açaraq qan təzyiqinin sürətlə yüksəlməsinə səbəb ola bilərlər.


"Ailə həkimi" Klinikası dle

Səs Verin: