Реклама
» » "Ailə həkimi"ndən həkim tövsiyəsi

"Ailə həkimi"ndən həkim tövsiyəsi

21-02-2017, 12:26
Cap edin
"Ailə həkimi"ndən həkim tövsiyəsi
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur.
Diabet, xroniki insulin çatışmazlığından əmələ gəlir. İnsulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Bu xəstəlik düzgün qidalanmadıqda və daha çox karbohidrat qidalarına üstünlük verməklə də yaranır.
Genetik. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir.
Piylənmə. Bədən çəkisinin artıqlığı və piy toxumasi miqdarının, xüsusi ilə qarın nahiyəsində çoxluğu (abdominal tip) orqanizm toxumalarının insulinə həssasliğını azaldır ki, bu da şəkərli diabetin əmələ gəlməsini asanlaşdırır.
Qidalanma pozulmaları. Çoxlu miqdarda karbohidratlı və sellüloza çatişmazliği olan qidaların qəbulu piylənməyə və şəkərli diabetin artmasına gətirib çıxarır.
Xroniki stressler. Stress halları qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur ki, buda şəkərli diabetin inkişafina şərait yaradır. Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə həssaslığinı azaldır. Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonlari, sidikqovucu preparatlar, xüsusi ilə tiazid diuretikləri, bəzi hipotenziv preparatlar ve şişə qarşı dərman maddələri aiddir.
Autoimmun xəstəliklər (autoimmun tiroidit, böyrəküstü vəzin çatışmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradır.
Qanda şəkərin ac qarına səhər 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasında olması norma sayılır. Qlükozanın miqdarının acqarına 110 mq%-dən yuxarı olması şəkərli diabetin olmasını göstərir. Diabetin diaqnozunun təsdiq edilməsi üçün digər günlərdə qlükoza qanda təyin olunmalı və lazım olarsa qlükozaya tolerantlıq testi keçirməli və qanda qlikoqemoqlabin təyin olunmalıdır.
İnsulin nə üçün lazımdır? İnsulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir və yağların parçalanmasını ləngidir. İnsulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir.
İnsulinin işinin pozulması onun hazırlanmasının çatışmamazlığı ilə və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. İnsulin hasil edən Langerhans adacıqlarının mədəaltı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmazlığını əmələ gətirir və insulin çatışmazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20%-ə qədər azalır və ya tam sıradan çıxırlar.
2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və ya insulinin çatışmazlığı nəticəsində əmələ gəlir.

"Ailə həkimi" Klinikası
dle

Səs Verin: