Реклама
» » Namiq Hacıheydərlinin “Canlı əfsanə” kitabının təqdimatı oldu

Namiq Hacıheydərlinin “Canlı əfsanə” kitabının təqdimatı oldu

4-03-2018, 06:41
Cap edin
Namiq Hacıheydərlinin “Canlı əfsanə” kitabının təqdimatı oldu
03 mart 2018-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Xanım Nurun aparıcılığı ilə tanınmış şair, publisist və araşdırmaçı Namiq Hacıheydərlinin yenicə çapdan çıxan "Canlı əfsanə" poemasının təqdimatı keçirildi.


Təqdimatda respublikanın tanınmış ziyalıları, şairlər, yazıçılar, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak edirdi.

İlk olaraq "Canlı əfsanə" kitabının müəllifi Namiq Hacıheydərli danışdı. O, məclis iştirakçılarını salamladıqdan sonra kitabın yazılma səbəblərindən söz açdı.
Daha sonra tanınmış filoloq alim Tahir Şirvanlı, AMEA-nın professoru Vidadi Hüseynov, "Təhsil və zaman" qəzetinin redaktoru, tədqiqatçı-jurnalist Böyükağa Mikayıllı, şair Əlisəmid Kür, şair Oqtay Rza, "General Hospital" Klinikasının baş həkimi Rüstəm Mikayılov, Şirvan aşıq musiqisinin mahir ifaçısı İnci Şirvanlı, şair, ehtiyatda olan polis polkovniki Nizami Göydərəli, şair-həkim Zakir Ağdamlı, şair Qalibə Cəfərova və digərləri çıxış etdilər, müəllifə və əsərin qəhrəmanı Asif Həziyevə öz ürək sözlərini dedilər.

Sonda "Canlı əfsanə" poemasının qəhrəmanı Asif Həziyev çıxış etdi. O, məclis iştirakçılarına təşəkkürünü bildirdi, sayğılarını ifadə etdi.

Yekunda poemanın qəhrəmanı Asif Həziyevlə xatirə şəkilləri çəkildi.

Namiq Hacıheydərlinin “Canlı əfsanə” kitabının təqdimatı oldu

















Təhməz Tanrıdağlı
Aziya.info
dle

Səs Verin: