Реклама
» » Aveydağ mağarası - Firəngiz Rüstəmova yazır

Aveydağ mağarası - Firəngiz Rüstəmova yazır

16-11-2017, 19:40
Cap edin
Aveydağ mağarası - Firəngiz Rüstəmova yazır

Qazax rayonunun Daş Salahlı kəndində yerləşən, Mağaralar şəkilli qədim yaşayış düşərgəsidir. Oradan Orta Paleolit, Üst Paleolit, Mezolit və Neolit dövrünə aid 8000- dən çox əşya tapılmışdır. Aveydağın cənub zirvəsində, 992.5 m hündürlükdə, v-vı əsrlərə aid olan Qafqaz Albanlarına məxsus qədim bir Alban xristian məbədi var. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmişdir və İberiya sərhədində onların məbədi olmuşdur. Bunu əsas tutaraq "Aveydağ" sözünü “ Ay məbədi”, “Ay evi” kimi, bəzi müəlliflər “av” yəni “ov”, “av ey/av öyü, iyi ov” kimi izah edirlər. Amma Vikipedik məlumatlara görə: ”Məbədin həyətində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşların birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır.” Araşdırma apararkən mütləq həmin ərazinin danışıq dialekti, ləhcəsi nəzərə alınmalıdır. Desək ki, Qazax rayonunda əsasən Günəş mədəniyyətinin daşıyıcıları olan Oğuz Türkləri yaşayır və onların özünə məxsus dialekti var dır, o zaman bütün mənzərə dəyişmiş olar. Belə ki, Qazaxda bir çox sözləri tələffüz etdikdə”b” hərfi əvəzinə ;”v” hərfi deyilir. Məsələn: Abdulla/Avdılla, Balqabaq/ Balqavax, Sabah/Savax, Bəxtəvər/Baxtavar, Abırlı/Avırrı, Tövbə/Tova, Bərabər/Baravar , Baba/Bava, Xəbər/Xavar, Sənobər/Səneyvər kimi ifadə edilən çox sayda sözlər i xatırlasaq; Avey in “Abey/Abay “ sözünün dəyişikliyə uğramış forması olduğu ortaya çıxar. Abay adlı toponim, hidronim , oronim və ya şəxs adı isə demək olar ki, bütün türklər yaşayan ərazilərdə vardır. Altay Respublikasında Abay çayı, Kabardino-Balkar Respublikasında Çegem çayının Abay-Su adlanan şəlaləsi var. Qazaxıstanda olan Abay adlı toponimlər: Abay - Akmola rayonunun Egindikol, Akmola, Korgaljın, Aktobe, Xromtau, Almata bölgəsinin Eskəndinskiy, Almata rayonunun Karasay, Almata Sarkand, Şərqi Qazaxıstanın Abay rayonunun Karaaul kəndinin köhnə adı, Jambıl, Baizak, Jambıl rayonunun Şuxuk , Qərbi Qazaxıstanın Zelenovski, Qərbi Qazaxıstanın Terektinsky, Abay rayonunda yerləşən bir şəhər, Qaradağ rayonunun Aktogay, Kostanay rayonunun Kostanay və Uzunkol, Qızılorda,Qızılorda Aral rayonunun Kazalinsky, Qızılordanın Sırdarya, Mangistau rayonunun Beineu, Zelezinskiy, Cənubi Qazaxıstanın Maktaaral, Cənubi Qazaxıstanın Saryagaş, Cənubi Qazaxıstanın Suzak, Cənubi Qazaxıstanın Tolebi, Cənubi Qazaxıstanın Tulkubas, Cənubi Qazaxıstanın Maktaaral, Jalin, Qızılorda bölgəsində, Cənubi Qazaxıstan bölgəsinin Saryagaş rayonunda yerləşən kəndlərdir. Abay; Altay Respublikasının Ust-Koksinsi rayonunda, Krımın Razdolnensky rayonunda isə itmiş və məhv olmuş bir kənddir. Abay;Türkiyənin Kastamonu eli və Taşkörpü ilçəsində kənd adıdır. Eyni zamanda Altay respublikasında, Ust-Koksinski rayonunda, 1100 metr yüksəklikdə yerləşən, 25 km uzunluğunda olan Abay çölü də var. Abay zirvəsi- Zailiyski Alatau və Kiçik Almata dağ silsiləsinin qərb hissəsində olan zirvədir.İl-Alatau Milli Parkının ərazisində Malaya Almatinka və Sol Talqar çaylarının hövzələrində yerləşir.Yüksəklik 4010 metrdir. Abay (Abbey və ya Blue Nile, yəni Mavi Nil) Efiopiyada başlanğıcını Tana gölündən götürən bir çaydır. Nil çayının sağ qoludur. Abay; Türkiyədə, Qazaxstanda və digər Orta Asiya Türk dövlətlərində geniş yayılmış şəxs adıdır. Abay şəxs adı Macarıstanda belə vardır. Abay adının və sözünün mənası: 1. Bacarıqlı, diqqətli, ehtiyatlı, həssas. 2. Sezmək, anlayış. 3. Ana, Abla, Böyük bacı. 4.Böyük qardaş deməkdir. Abay; Abi , yəni böyük qardaş mənasında işlədilən sözün də kökü deyilmi?! Mahmud Kaşqarlıya görə və ümumiyyətlə qədim Türk mifologiyasına görə “Api/Apa/Aba/Ana “ yaradıcı anadır, tanrıçadır, həm də qədim Türklərdə qız adlarıdır. Api; Heraklın atlarını gizlədən ilan ayaqlı tanrıçadır. Skiflərdə, Herodotun yazdlğı kimi desək Quzlarda əsas yer tutan “Aba” ilk saka, yəni insan olan Tariqitayın anasının adıdır. Vikipedik mənbələrə görə:” Tarqitay—Skif mifologiyasında ilk adamdır. Hələ 2500 il bundan öncə Herodot Saqa boylarının soykökü miflərini qələmə almışdır”. Qazax/KasSak/QuzSaqa... Qədim türk-şumer dillərində “ana” mənasında işlənən “aba” sözü Osmanlı türkcəsinə “böyük bacı, abla” kimi keçmişdir. Mağaralar isə ümumiyyətlə Qadın, Ana simvolu olduğuna görə Avey mağaralarını Abay adlandırmaq da məntiqli olar. Abay mağaraları; insanların doğulub yaşasıqları qadın, analıq rəmzi! Mağaralar adətən dağlarda yerləşir. Yüksəklikdə yerləşən, yer səthinə yaxın və yeraltı aləmlə əlaqəli formalarda olur. Turandilli Şumerlərdən gələn və qapı demək olan Ab sözünə görə: “AV/AB/EV/EB/ÖV/ÖY/ÜY” ev mənasında işlədilərək ümumtürk sözünə çevrilmişdir. Qapı da qadın simvolu hesab edilir və bir aləmdən digər aləmə, yeni həyata keçmənin, Böyük, Yaradıcı Anaya sığınmanın və onun tərəfindən qorunmanın rəmzi hesab edilir. Qapı və mağaralar kimi, çayların əksəriyyəti və bütün göllər qadın, ana rəmzidir. Dağlar da çox zaman qadın rəmzi hesab edilib. Məsələn Türk mifologiyasında Ötügen həm müqəddəs və ilk insanın yarandığı Dağ həm də Torpaq, yer tanrıçasıdır, yaradıcı Anadır, “Tanrıça Ötügen”dir, həm də Göktürklərin baş kəndinin adıdır. Yer üzü, Yer Ananın, yəni Ötügenin səkkiz guşəli göbəyi olaraq təsvir edilir. Maraqlıdır ki, qadın orqanizmi haqqında elm olan “GİN”ekologiya və irsiyyətin atadan, anadan oğula, qıza ötürən daşıyıcı “GEN”, yaranışdan, irsiyyətdən bəhs edən elm GENetika sözünün kökündə, Göktürklərin yenidən doğuş dastanı olan ErGENekon əfsanəsində də Ötügen ananın adındakı “Gen” komponenti var. Avey; bəlkə xristianlıq tarixindən daha qədim olan ABAY, ən etibarlı olan yer və təhlükəsizliyin qorunduğu, ilk insanın yarandığı, doğulduğu dağ, yaşayış məskəni, ev, Ana/Aba öyü, hər iki aləmə olan keçid?!
dle

Səs Verin: