Реклама
» » Firəngiz Rüstəmova yazır:"Buynuz"da gizlənən sirlər

Firəngiz Rüstəmova yazır:"Buynuz"da gizlənən sirlər

12-03-2017, 21:27
Cap edin
Firəngiz Rüstəmova yazır:"Buynuz"da gizlənən sirlər











Corn – Horn buynuz deməkdir.

Buynuz hər zaman başdan ucalan fölqətəbii güc , həyat prinsipi, əzmli ruh hesab edilib . Həm Günəşin , həm də Ayın simvolu hesab edildiyinə görə , Günəş və Ay tanrılarının atributları sayılıb . Şlemlərdə , baş geyimlərində olan buynuzlar , həm kral nəslindən gəlmənin , həm tanrı gücünə və tanrı keyfiyyətlərinə malik olmanın , həm də hər zaman bu keyfiyyətlərə görə qələbənin və ilahi müdafiənin onunla birgə olmasının simvoludur . Buynuz bütün Ana Tarıçaların , Göy Tanrıçalarının atributu olub . Şumer tanrıları və tanrıçaları üç qatlı buynuzu olan “Tiara”adlanan tac geyiniblər. Firəngiz Rüstəmova yazır:"Buynuz"da gizlənən sirlər
Şumerlərdə Baş tanrı və Gök tanrı Anu həm də Mesopatomiyada olan Aşşur , Adad , Bel tanrıları buynuzlu təsvir ediliblər . Keltlərdə buynuz məhsuldarlıq rəmzi olub . Heyvanların himayədarı olan tanrı , Sernun maral buynuzlu və ilanla birlikdə , Qədim Misirdə Böyük Ana, Horun Xatunu olan Hathor inək buynuzlu , Musa peyğəmbər , Makedoniyalı İsgəndər hakimiyyət rəmzi olaraq buynuzlu , Ammon tanrısı Qoç başlı və Qoç buynuzlu , Yunan- Roma ənənələrində Dionis , zənginlik tanrısı Pluton buynuzlu təsvir edilib. Zənginlik rəmzi olan buynuz “Amalteya buynuzu” adlanıb və var dövlət , zənginlik gətirməsinə inanılıb . Buynuz İngilis , Bask , Dat , Norveç , İsvaç d . “horn”, Vall , Rumın d . “corn”, Macar d . “kürt”, Qalisiya , İtalyan d . “corno”, İrland , İsland , Şotland d . “adharc”, İspan d . “cuerno”, Latın , Korsika d . “cornu”, Malta d . “qrun”, Niderland d . “hoorn”,Fransız d . “corne”, Friz d . “hoarn” adlanır . Bir çox slavyan mənşəli dillərdə və Kazax d . “roq” adlanan buynuz Horun güzgüdəki əksidir .“Hor-Roq”.( Eston d . “sarv”, Fin d . “Sarvi”, Özbək d . “Shox”, Çex d . “roh” adlanan buynuz bəzi ezoterik mənalar daşımırmı ? Məsələn güclü tanrı “ruhu”nun təcəssümü olan buynuz , Çex d . “Roh” , Özbək d . “Shox” sözü “Shah” sözünə oxşamırmı? Axı “Şah”lar tanrı nəslindən olan “Sak”lardan gəlirdi , buynuz isə Tanrı və Tanrıçaların atributu olub. “Sarv”, “Sarvi” isə bizim dildə “Sərv”adacının adını xatırladır . Buynuzlar müxtəlif görkəmdə olur və ağacı xatırladır. Firəngiz Rüstəmova yazır:"Buynuz"da gizlənən sirlər
Sərv ağacı isə gözəl , gənc oğlan Kiparisin şərəfinə adlandırılmış , əbədi yaşıl olan “Kiparis”ağacıdır . Kiparis sevdiyi “Maral” öldürüldüyünə görə tanrılara dua edir ki , onu ağaca çevirsinlər və sevdiyi maralın xiffətini çəkməkdən azad olsun . Tanrılar isə onu əbədi yaşıl “Sərv - Kiparis”ağacına çevirirlər. Roma və Yunan mifologiyasında Kiparis ağacı tanrı Plutona həsr edilib .Sərv ağacı xristianlıqda əbədi həyatın simvoludur . Bibliyada Kiparis cənnətdə olan , əbədi yaşıl ağacların içərisində təsvir edilib”İezekil 31.8”. Nuh peyğəmbərin gəmisinin də Sərv ağacından hazırlandığına inanılır.)Başdan yuxarıya doğru yüksələn buynuz ,yəni Corn – Corno və onun müxtəlif fonetik variasiyalarının “Baş – Kəllə” mənasını verən “Cranium ” sözü ilə həm deyilişcə , həm də ezoterik mənalarına görə bənzərlikləri çoxdur.


Firəngiz Rüstəmova dle

Səs Verin: