DataLife Engine > Müsahibə, Manset > "İran çox mürəkkəb bir vəziyyətlə qarşı-qarşıyadır" - Politoloq Xaliq Səfəvi

"İran çox mürəkkəb bir vəziyyətlə qarşı-qarşıyadır" - Politoloq Xaliq Səfəvi


3-01-2018, 17:57. Разместил: Namiq9
"İran çox mürəkkəb bir vəziyyətlə qarşı-qarşıyadır" - Politoloq Xaliq Səfəvi
Müsahibimiz Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr üzrə mütəxəssis, politoloq, hüquq üzrə fəlsəfə doktoru, dosent, Xaliq Səfəvidir.

-Xaliq müəllim son günlərdə İranda nə baş verir?


- 28.12.2017-ci il tarixdə İranın rejimə qarşı Məşhəd şəhərindən başlayaraq etiraz aksiyaları ölkənin demək olar ki, əksər böyük şəhərlərini əhatə etməyə başladı. Artıq hakimiyyət bütün gücləri, polis və mülki geyimli təhlükəsiz güclərini aksiyaların yatırılması məqsədilə tam səfərbər etmişdir. Hadisələr aksiya tərəfdarlarının lehinə o qədər yüksək templə dəyişir ki, dövlət tərəfindən aksiyaların idarə olunması nəzarətdən cıxmış olduğu aydın görünür.

-Xaliq müəllim biz bilirik ki, siz İran Türklərinin bir qisminin etimat ediyi şəxslərdənsiniz və siz bu hadisələrin baş vermə səbəblərinin demək olar ki, incəliklərini yaxşı bilirsiniz. Aksiyalar nədən başladı və sizcə bu aksiyalar haradan və necə idarə olunur ?

- İranda İslam İnqilabından sonra, İran inkişaf yolundan çıxaraq (Xalq İslamından kənara çıxaraq) xalqın əksər hissəsi tərəfindən qəbul edilməyən bir şiə islam respublikası modeli yaratmağa çalışsalar da bu mümkün olmadı. İllərdir formalaşan düşüncənin nəticəsi olaraq xalq rejimə qarşı illərdir müxdəlif formalarda öz etirazını bildirsə də rejim tərəfindən müxtəlif formalarda cəzalandırılırdılar. Artıq bu elə bir hal aldı ki, bütün xalq cana doydu etiraza qalxdı və bu etirazlar da xarici güclər tərəfindən həm mənəvi həm də maddi cəhətdən dəstəkləndi. Bu günki aksiyaların təşkil olunması və idarə olunması üçlü idarəetmə formasındadır;

1. Rejimdən cana doymuş, onu çevirmək istəyən bütün iran xalqı sadə xalq və gizli dəstək verən dövlət məmurları. Bu birliyin amalı demək olar ki, digər iki birliklə üst-üstə düşür.

2. Bu birlik İran Türklərinin birliyidir ki, bu birlik həm mili idelogiyaya həm də xarici dəstəyə arxalanır. Bu birlik ən mürəkkəb olan bir birlikdir və idarə olunma mexanizimi mürəkkəbdir.

3. Konkret olaraq ABŞ, İsrail və digər İranda rejimi dəyişdirib özlərinə sərf edən idarəetmə sistemi qurmaq istəyən bir birlikdir.

Ancaq hər üç birliyin bir vahid amalı var. Daha doğrusunu desək, İrandakı rejimin dəyişdirilməsində ortaq fikirli olmaları onları birləşdirir. Yəni tam demək olar ki, İran çox mürəkkəb bir vəziyyətlə qarşı-qarşıyadır.

-Artıq gələn məlumatla görə İranda etirazçılardan və dövlət təmsilçilərindən ölənlər var.

- Təəssüf ki, belədir. Bir az öncə mən də məlumat aldım ki, Təbrizdə, Məşhəddə və digər şəhərlərdə də etirazçılardan rejimin müdaxiləsi nəticəsidə öldürülənlər var. Bu xalqı daha da qəzəbləndirəcək, belə addım atmaq lazım deyildi, ancaq qansız çevriliş olmur. Bütün bu hadisələr göstərir ki, hadisələrə nəzarət emək nisbətən də olsa rejimin nəzarətindən çıxıb.

-Xaliq Müəllim bəs sizin bu hadisələrin necə inkişaf edəcəyi və necə nəticələnəcəyi barədə fikirlərinizi öyrənmək çox maraqlı olardı.

- Əvvəlcə də qeyd etdiyim kimi, bu çox mürəkkəb bir prosesdir. İranın son zamanlar Suriya və İraqda baş verən hadisələrdə aparıcı rol oynamaq istəməsi və bunu müəyyən qədər bacarması, ABŞ və digər dövlət siyasilərinin artıq İranla bağlı bir tədbir görməli olduqlarına əminlik yaratdı. Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı, İsrail dövlət başçısı ilə görüşündə və digər dövlətlərlə məsləhətləşmənin nəticəsi olaraq qərar qəbul edildi ki, İranda rejimi dəyişdirib özlərinə sərf edən bir rejim qurmalıdırlar.
Bu məqsədlə də yuxarıda qeyd etdiyim hər üç birliklərə dəstək verərək rejimin əlehinə ayağa qaldırdılar. Hadisələrin inkişafına gəldikdə, demək olar ki, İran bu gücləri dəstəkləyən xarici güclərlə hesablaşmasa, demək olar ki, devriləcək, ya da Suriya planı İranda da təkrarlanacaq.

-Sizcə hansının olması daha gözləniləndir?

- Deyərdim ki, bunu zaman göstərəcək. Mən əvvəlki müsahibələrimdə də bildirmişəm ki, İran şərqdə güclü bir dövlətdir və hərbi büdcəsini düşünülmüş olaraq 2018-ci ildə 2017-ci ilə nisbətən kəskin fərqlə artırması bu hadisələrə əvvəlcədən hazır olmasına işarədir.

Atilla Məmmədxanlı
Aziya.info
dle
Вернуться назад