Реклама
» » "Amalımız Azərbaycan bayrağını yüksəklərə qaldırmaq idi"

"Amalımız Azərbaycan bayrağını yüksəklərə qaldırmaq idi"

27-06-2017, 17:50
Cap edin
Əziz oxucular, Aziya.info saytının bu dəfəki müsahibləri ölkəmizin tanınmış idmançıları Elçin və Natiq Talıbovlar qardaşlarıdır.

"Amalımız Azərbaycan bayrağını yüksəklərə qaldırmaq idi"
- Əvvəl özünüzü təqdim edin:

- Natiq Talıbov. Qubadlının Xələc kəndindənəm.
- Elçin Talıbov, biz qardaşıq.

“Döyüş” yolunuzdan danışaq biraz:

Elçin:

- Respublika birincisi olmuşuq dəfələrlə. Xaricdə də dəfələrlə ölkəmizi təmsil etmişik. Bir çox xəsarətlərimiz olub. Amma yenə də məqsədimizdən dönməmişik. Məqsədimiz qalibiyyət idi.Avqusta avropa çempionatımız var ora hazırlaşırıq. 2013-cü ildə macarıstanda çempion olduq.

Natiq:

- Ordan gələndən sonra, yəni 2013-cü ildə mən idamndan uzaqlaşdım. Çünki maddi problemlər yaranmışdı. Birimiz bu sahədən uzaqlaşıb ailəyə dəstək olmalı idik. Bunu böyük qardaş olaraq mən öz üzərimə götürdüm.Çalışıb həm ailəmizi saxlayırdım eyni zamanda da qardaşımı hazırlaşdırırdım gələcək yarışlara. Əsas hədəfimiz olimpiyada idi. Mən uşaqlıqdan ən sevdiyim sahə idman olub. İnsan üçün ən vazkeçilməz haldı sevdiyin nədənsə imtina etmək. İdman mənim həyatım idi amma mən maddi sıxıntılara, ailəmə görə ondan uzaqlaşmağa məcbur idim. Amma allaha şükür qardaşıma görə buna dəydi. Bu əziyyəti qardaşım doğrultdu.Biz biləndə ki, İslam oyunları bizdə, vətəndə keçiriləcək mən də qatılmağı qərara aldım. Və yarışa lisenziya qazanada çox sevinmişdim.

Elçin:

- Bir idman növü üzərində ayrı ayrı çəkilərdə iki idmançının qalib olması gözəl haldır. Və ən gözəl tərəfidə odur ki, bu iki medal bir evə gəlsin.
Qubadlı rayonundanınız deyrsiz. Uşaqlığınız da qaçqınçılıq illərinə təsadüf edib. İdamana gəlməyiniz, orda bu cür müxtəlif naliyyətlər əldə etməyiniz bir başa o düvürlə əlaqəli deyil ki? Daha güclü olmaq, daha çox nəsə edə bilmək kimi?"Amalımız Azərbaycan bayrağını yüksəklərə qaldırmaq idi"

Natiq:

- Təbii bu hirs, bu qisas hamımızın içində var idi. O zaman Azərbaycanın ən çətin vaxtları idi.O illərdə yaşayan uşaqların uşaqlıq illəri olmayıb. Bizim ailədə valideyinlərimiz daha çox vətənpərvər ruhda böyüdürdü bizi. Böyümək, daha tez böyümək və qisas almaq istəyi ilə alışıb yanırdıq. Və bu aralar idman köməyimizə çatırdı daha sıx sarılırdıq ona.

İlk qazandığınız uğur?

Elçin:

- İlk uğurum şəhər daxilində olub. Amma əsas amalımız Azərbaycan bayrağını yüksəklərə qaldırmaq idi. Bayrağımızı başqa ölkədə qaldırmaq, himnimizi səsləndirmək. Düzdü buna ilk dəfə 2013-cü ildə nail oldum. Amma bunun qdər qürurverici hiss ola bilməz. O yarışdı “Travma” aldım. Qardaşım maddi mənəvi yanımda idi. Mənə görə idmanı da atmışdı, çalışırdı.Öz idman karyerasını mənə qurban vermişdi. Bilirsiz, idmançının daha çox pisxoloji, mənəvi dəstəyə ehtiyacı var. Mən o dəstəyi qardaşımdan alırdım. Aldığım zədələrə görə əziyyət çəkəndə də qardaşım mənə dəstək olaraq deyirdi ki, müalicə olunub bunu atladacaqsan və səni qarşıda daha böyük uğurlar gözləyir.Sonra mən avropaya getdim, avropa birinciliyi qazandım. Bütün uğurlarımı qardaşıma borcluyam.
İslam oyunlarında Qızıl və bürünc medal qazanmısınız. Bu haqda danışaq biraz da. Gözləyirdinizmi bu qalibiyyəti?

Elçin:

- Əslində mən 1ci yeri qazanacağıma inanmırdım. Çünki rəqiblərim çox güclü idi. Olimppiya, dünya çempionları. Tək mən yox qardaşım, məşqçimiz də əlini üzmüşdülər məndən. Əksinə stimul verirdilər ki, uduzsan pis olma çünki onlar səndən dəfələrlə güclüdürlər. Amma mən özlüyümdə ən az 3 cü yeri qazanacağıma inanırdım. İçimdə qəribə bir inam yaranmışdı. O inama sarılaraq, o inamdan güc alaraq döyüşı girdim və qalib oldum. Qızıl medalla çıxdım o döyüşdən.

Natiq:

- Əvvala onu deyim ki, bu yarış çox mükəmməl təşkil olunmuşdu. İstər dekorasiyasından tutmuş idmançıların rahatlığına qədər hər şey yüksək dərəcədə qurulmuşdu. Təhlükəsizlik sistemindən tutmyuş personal xidm\ətə qədər mükəmməl təşkil olunmuşdu. Burda bir haşiyəyə çıxım. Çoxunu idmançılara ayrılan pul mükafatları narahat edir, idmançıalara olan xüsusi qayğı narahat edir. O insanlara bir şeyi demək istəyirəm. Düşünün ki, bir idmançı ömrünün 35 ilini idmana sərf edir, müxtəlif zədələr alır, müxtəlif manealərdən keçir, bəzən sağlamlığını itirir. Məqsəd bir kərə də olsa dövlətin bayrağın başqa ölkədə qaldıra bilmək, himnini səsləndirə bilməkdir. Və bunca şeydən sonra o idmançıya necə qayğı, diqqət göstərilməsin ki? Əksinə başqa ölkələrdə daha yüksək qiymətləndirirlər.
O ki, qaldı bu yarışa bu mənim idmana yenidən dönüşüm oldu. Sitimul verdi mənə. Ən çox mənə xoş olan o idi ki, biz bir ailəyə iki medalla qayıtmışdıq.

İlk sevincinizi kimlə bölmüşdünüz?

Natiq:

- Anamla. Təbii ki, övladın uğuruna ilk sevinən valideyin olur. Bu qələbə bizim valideyinlərimizə hədiyyəmiz idi.

-Erməni döyüşçüsü ilə döyüşünüz olub? Və olmayıbsa istərdiizmi olsun?

Elçin:

- Xeyr olmayıb, amma olarsa da bacardığım qədəri ilə, bütün gücümü ortaya qoyub onu yenməyə çalışaram. Onların üzərinə öz bayrağımızı qaldırmağa çalışaram.

Natiq:

- Xeyir məndə də olmayıb amma onu deyim ki, mən ehtiyat edirəm. Ona gör yox ki, uduzaram . ona görə ki, mən içimdə ki, o kini, nifrəti yenə bilmərəm və döyüş meydanında öldürə bilərəm onu. Hnası ki, bu bizim döyüş növünə zidd birşeydi. Həmən an xocalı faciəsini, şəhid olan ana-bacılarımızı, atalarımızı xatırlayıb hisslərimi, özümü cilovlaya bilmərəm. Mən heç vaxt istəmərəm ki, Eməninin əli mənim köynəyimə dəysin.

-Bəs deyirlər İdmanda düşmən yoxdu, rəqib var?

Natiq:

- Düzdü idamnda düşmən yoxdu, rəqib var. Amma düşmən bizim ürəyimizdədior. Ürəyimiz də hər zaman üstümüzdə olur.

-Gələcəkdə məşqçi kimi işləmək istəyərdinizmi?

Natiq:

- Biz Qubadlıdanıq. Ən böyük arzumuz da Qubadlı alınsın Cənab Prezident də orda çox güman ki, böyük bir idman kompleksi tikdirər. Bax orda öz rayonumuzun gənclərinə cidonun sirlərini öyrətməyi bütün ürəyimizlə istəyirik.

Xanım idamnçılarla necə yola gedirsiz?

Natiq:

- Çox gözəl. Biz idmanda cinsiyyət fərqi qoymuruq. Hamı idmançıdır. Şəxsiyyət kimi yanaşırıq.

Qubadlını necə xatrlayırsız?

Natiq:

- Qardaşım uşaq idi amma mənim yadıma gəlir. Filim kimi də olsa gəlir. Ən çox yadımda qalan əmimin toyu idi. ? gün toy çalınmışdı həyətimizdə. Heç vaxt unuda bilmirəm o toyu. Bir də ailəmizin qubadlı haqqında danışdıqların eşidirik və demək olar ki, azərbaycanın bütün rayonlarını gəzmişik amma iləmizin danışdıqları o gözəllikləri heç harda tapa bilməmişik. O yerlər çox fərqli idi, dağları, bulaqları hətta insanları ilə belə. Biz ora qayıdacağımıza inanırıq.
Övladlarınızın yolunuzu davam etdirməsini istərdiz?

Natiq:

- Oğlum var mənim. Kiçikdi. O hələ iki yaşındaykən rahatlıqla deyə bilrdi ki, bizim düşmənimiz kimdi, dostumuz kimdi. Məncə ilk olaraq uşaqları milli ruhda böyütmək lazımdır. İdaman gəlincə isə əlbəttə seçimi bu olarsa dəstəkliyərəm.
İdmançı xanımla ailə qurardınız?

Natiq:

- Mən artıq ailəliyəm və xanımım idmançı deyil.

Elçin:

- Xeyir, çünki iki idmançının başı bir evdə qaynamaz (gülür)

Gələcək planlarınızdan danışaq.

Planlarım qardaşımla bağlıdır. İstəyirik olimpiyadaya qalib olsun. Bizim rayonumuzdan da bir olimpiya çempionu olsun. Ancaq avqusta avropa çempionu var ora ikimizin də qatılması gözlənilir. Olimpiyaya isə Elçini inşallah yola salacayıq və qalib kimi qarşılayacayıq. Ən azı bu bizim istəyimizdir.

"Amalımız Azərbaycan bayrağını yüksəklərə qaldırmaq idi"






















SÖHBƏTLƏŞDİ: Çinarə ÖMRAY
Gənc yazıçı, AYB-nin üzvü
dle

Səs Verin: