Реклама
» » Uşaqlıqda arzum Prezidentin şəxsi tərcüməçisi olmaq idi - Həkim-radioloq Aynurə Muradova

Uşaqlıqda arzum Prezidentin şəxsi tərcüməçisi olmaq idi - Həkim-radioloq Aynurə Muradova

17-06-2017, 18:26
Cap edin
Uşaqlıqda arzum Prezidentin şəxsi tərcüməçisi olmaq idi - Həkim-radioloq Aynurə Muradova

Tibb isçilərinin peşə bayramları münasibətilə üz tutduq dəyərli, savadlı, yaşının az olmasına baxmayaraq artıq 13 ilə yaxindir peşəsində sözünü və savadını yetərincə sübut edən Həkim - radioloq Aynurə Muradova Hidayət qızının çalışdığı məkana.
Onunla maraqlı həmsöhbət olduq. Həmsöhbətimiz hər zaman xəstələrin, çətinlikdə olanların müraciət etdiyi bir insandır.
Bu səbəbdən biz də ənənəmizə sadiq qalaraq xeyirxah peşə sahiblərindən daha birini saytımızın oxucularına təqdim etmək iistədik. Müraciətimizi həvəslə qarşılayan müsahibimiz Aziya.info saytının daimi oxucusu olduğunu və bu sayta sevə-sevə müsahibə vermək həvəsində olduğunu bildirdi. Aynurə xanımla iş otağında görüşərkən sənədlərində və hətta həkim möhüründə atasının adını xüsusilə qeyd etdiyinin şahidi olduq. Söhbət əsnasında məlum oldu ki, onun atası Muradov Hidayət uzun müddət dövlət orqanlarinda, Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Aynurə xanımın əsas iş prinsiplərindən biri atasının və həyat yoldaşının adını uca tutmaq, övladlarını vətənə layiqli şəkildə tərbiyə etməkdir.
Beləliklə, həkim-radiloloq Aynurə Muradovadan götürdüyümüz müsahibəni Aziya.info saytının oxucularına təqdim edirik;


- Aynurə xanım, bizdə olan məlumata görə sizin nəsildə ən çox hüquq - mühafizə orqanlarinda çalışmağa daha çox üstünlük verilir. Siz yeganə insansınız ki həkimsiniz. Niyə məhz həkimlik peşəsini seçdiniz?

- İngilis dilini yaxşı bildiyim üçün uşaqlıq arzum Prezidentin şəxsi tərcüməçisi olmaq idi. Yeni doğulan gün anam başıma həkim papağı qoymuş, elə xəstəxanada həkimlər göz rəngim qarışıq olduğu üçün papağın mənə yaraşdığını və anama qızın da bizim davamçımız olsun deyiblər. Anamın arzusunun arxasınca getsəm də institut dövrlərimdə praktikalar zamanı artıq həkimliyimi sevməyə başlamışdım.

- Sizin simanızda özgüvənlik görünüşü var...

- Bilirsinizmi, həyat çətinliklərlə və surprizlərlə doludur və bu surprizlərin içində daim kimlərinsə bizləri əzməyə çalışmasıdır. Əslində mənə özgüvənliyi yaradan elə belə insanlardır. Çünki onların etdikləri hərəkətlərin, oyunların yanında özümü ağıllı hesab edirəm. Mən onlar kimi çirkin əməlli deyiləm, bir çoxlarında olmayan təmiz ürəyə sahibəm, həyatda xoşbəxtəm. Fəxrlə, ağıllı iki oğul böyüdürəm, hansı ki onlara verdiyim tərbiyə bir çox övlad böyüdən xanıma nümunədir. Bundan başqa güvənə biləcəyim, etibarlı ömür-gün yoldaşım var. Bu da taleyimin mənə bəxş etdiyi bir xoşbəxtlikdir.

- Heç olubmu ki, çalışdığınız kollektiv arasında kiminləsə mübahisə edəsiniz?

- Mən uzun müddət özəl müəssisələrdə çalışmışam. Belə mübahisələrdə ən çox özəl müəssələrdə olur. Təzə çalışan vaxtlarımda küsməklərim çox olub, inciyərdim, ağlayardım. İllər ötdükcə böyüdüm, artıq kolleqalarım arasında deyil məhz növbə yoldaşlarım arasında mənə cüzi sataşmalar olurdu. Məsələn, öz növbəmdə otağa daxil olanda iş stolunun mənə aid olan rəfinin bağlı açarının sınaraq, açılıb dıgər növbə yoldaşımın iylənmış pis qoxulanan bayat kəsməyinin məhz mənim rəfimdə olması, iş dəftərimin öz otağımda başqa yerdə gizlədilməsi və s. bu kimi hərəkətləri olub bəzi yoldaşların. Mən isə əhəmiyyət verməmişəm. Fikir vermədiyim üçün də indiyəcən mənə qarşı aqressiyaları sakitləşməyib. Soraqları uzaqdan - uzağa yetişir, mən isə eşidib gülürəm, əslində gülməli vəziyyətdə olan insanlara gülmək lazımdır.

- Kimlərdən dərs almısınız?

- Dərs aldığım müəllimlərim çox olub haqqları ödənməz. Lakin dəyərli professor Cümşüd Cümşüdova ömrümün sonunadək minnətdaram. Bildiyiniz kimi mən ultrasəs müayinə həkimiyəm. Müayinə etdiyim əməliyyatlıq xəstələri əməliyyat stolunda da müşahidə etməyim mənim işimdə böyük uğurlarımdan olub. Hansı ki, bu uğuru da məni mütəxəssis kimi yetişdirən Professor Cümşüd Cümşüdov qazandırıb.

- Özəl klinikalarlda çalışmaqla dövlət klinikasında çalışmağın fərqi nədədir?

- Özəl klinikalarda hər an səbəbsiz olaraq yerinə şərik qonşun gələ bilər və işdən rahatlıqla sizi küsdürə bilərlər. Çıxmanıza səbəb ola bilərlər, lakin dövlət işində Nazirliyə tam olaraq tabe olduğun üçün səbəbsiz yerə heç kim sizi küsdürə bilməz. Əsas fərq budur. Bilirsinizmi, mən elə vaxt olurdu ki o küsdürən müdirüyyətə küsürdüm. Hətta dəfələrcə gizlin qəhərlə ağlayan vaxtlarım da olurdu. Bilirsinizmi niyə? Ona görə ki, onların insaniyyətdən uzaq rəftarına üzülürdüm. Heç kim bilə bilməz ki, kim iş qapısından çıxanda evinə qazandığı halal pulu nəyə aparır? Bəlkə birinin uşaği xəstədır dərman pulusudur. Bəlkə birinin axırıncı çörək puludur. Digər kolleqa yoldaşlarımı bilmirəm, lakin mən hər ayrıldığım özəl müəssisədən hallaşaraq ayrılmışam, salam yeri saxlatmışam.

- Son günlərdə saytlarda yayılan bilgiyə görə 100 nəfər uşaq içməli sudan zəhərləndi. Bu haqda fikirinizi bildirərdiniz. Sizcə bunu təxribat adlandırmaq olarmı?

- Bu haqda bir şeyi qeyd edə bilərəm ki həmin deyilən ərazilərə gedən eyni su mənim yaşadığım yeni tikili olan binaya da gəlir. Bizim binaya gələn su günlərlə hovuzda qalaraq binalara ötürülür. Hələ ki mən yaşadığım binada və kənar binalarda bu halla rastlaşmamışam. Bilirsinizmi, bunu mən məhz su ilə deyil, uşaqlar arasında ötürücü virus kimi adlandırardım, hansı ki o virus hava ilə də ötürülə bilər. Bunu uşaq həkimləri məndən daha yaxşı bilirlər.

- Bu gün ölkəmizdə "Həkimlər Günü" Qeyd olunur. Yeri gəlmişkən, bu münasibətlə sizi və ölkəmizin bütün vicdanlı həkimlərini təbrik edirik. Sizin həkim həmkarlarınıza sözünüz, arzunuz varmı?

- Əvvəlcə həmkarlarımın peşə bayramlarını təbrik edirəm, daha sonra vicdanla çalışan kolleqalarıma isə səbr arzulayıram. Allah bu çətin yolda yardımçımız olsun - deyirəm.

- Maraqlı və səmimi müsahibə üçün təşəkkür edirik.

- Məndə öz növbəmdə sizə təşəkkür edirəm və saytınıza - hər zaman sevə-sevə izlədiyim Aziya.info saytına uğurlar diləyirəm.

Aziya.info
dle

Səs Verin: