Реклама
» » Sevənlər olmasa yaşadığmı hiss etmərəm - Gənc və istedadlı aktyor Bəhram Əliheydər

Sevənlər olmasa yaşadığmı hiss etmərəm - Gənc və istedadlı aktyor Bəhram Əliheydər

31-05-2017, 17:56
Cap edin
"Əməkdar artist Nicat Kazımov olmasaydı, bu gün siz Bəhram Əliheydərlə maraqlanmazdız".
Sevənlər olmasa yaşadığmı hiss etmərəm - Gənc və istedadlı aktyor Bəhram Əliheydər
Aziya.info saytının bu dəfəki müsahibi gənc və istedadlı aktyor Bəhram Əliheydərdir.

Müsahibimiz haqqında qısa arayış:

Bəhram Əliheydər 7 noyabr 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “dram teatrı və kino aktyoru” fakültəsini bitirib. 2010- 2012-ci illərdə Bakı Estrada Teatrında aktyor kimi fəaliyyət göstərib. 1 yanvar 2015-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

- Salam. Əslində buna müsahibə deməzdim. Bizləri göz yaşlarına boğan, sevgini varlığıyla yaşadan və yaşayan Məcnunu tanımaq və onunla maraqlı söhbət etmək istədik. Öncə oxucularımıza özünüz haqqında qısa məlumat, zəhmət olmazsa...

Sevənlər olmasa yaşadığmı hiss etmərəm - Gənc və istedadlı aktyor Bəhram Əliheydər
- Əleykum salam. Mən də zaman və diqqət ayırdğınız üçün sizə təşəkkür edirəm. Əvvəla onu deyim ki, siz Məcnunu tanımaq istəsəniz də mən sizə Qeysi tanıtmaq istərdim.

- Neçə-neçə gözəl rollarınız var və hər bir tamaşada gözəl obrazlar yaratmısnız. O obrazlardan hansında Bəhramın özü yaşayır?!

-Bəli. Teatrda bir neçə rollarım var. Hürufilər demiş: "Mən varamsa, o da var və məndə yaşayır, mən yoxamsa, o da yoxdur". Hər rolumda mütləq bir Bəhram var və rolda yaşayır və yaxud əksinə.

- Əslində mənə çox maraqlıdır və əgər etiraz etməzsəniz, bu sualı soruşacam. Məcnunun sevgisi üçün ele yanğılı fəryadı, göz yaşı tökməsi, naləsi sanki özəlində də o duyğunu yaşamasından xəbər verir. O, təkcə Məcnunun naləsi deyildi, Bəhramın da sevgisindən xəbər veri
rdi...
Sevənlər olmasa yaşadığmı hiss etmərəm - Gənc və istedadlı aktyor Bəhram Əliheydər
-Bilirsiz, Qeysin fəryadı qədər sevmək zəmanəmizə xas deyil. Lakin mənim üçün sevgi mövcuddur. Qaldı ki, o fəryadda mənim nə qədər qatqım olmağına, mən sadəcə işimi görürdüm. Sabah hansısa bir axmaq rolu olsa, mən yaxşı oynamaq üçün həyatda da o qədər axmaq olmamalıyam elə deyilmi?!

- Bəhram, sizin bu sənətə gəlməyiniz haqqında öyrənmək çox maraqlı olardı. Bu sənətdə ustadınız və ya ustadlarınız kimlər olub və bu yolda özünüzü kimə və ya kimlərə borclu hesab edirsiniz?


- Həəə bax bu suala qısa cavab verə bilməyəcəm. 2009-cu ildən - 3-cü kursdan ixtisasım üzrə çalışıram. Bir neçə teatrda işləmişəm. Çoxlu müəllimlər və özünü müəllim hesab edənlər görmüşəm. Belə deyim; kimsə deyə bilər, niyə nisbilik nəzəriyyəsini Enşteynin müəllimi yox, məhz Enşteyn kəşf etdi? Axı müəllim daha çox bilir. Hə mən kitabları və araşdırmanı sevirəm. Onlar hər biri ustaddır. Amma danılmaz faktdır ki, Əməkdar artist Nicat Kazımov olmasaydı, bu gün siz Bəhram Əliheydərlə maraqlanmazdız. Oynadığım rolların əksəriyyətini Nicat müəllim verib. Hər dəfə də iş gedişatında üstümə qışqırıb ki, birdə sənə rol versəm... (gülür). Amma sözün həqiqi mənasında məncə, bizim teatrda hər kəlmələrindən bəhrələnəcək müəllimlər var. Baş rejissorumuz Bəhram Osmanov, Vaqif Əsədov... Allah hər birinə ömür versin.

- Mən sosial şəbəkədə gözəl araşdırmacı, şair-publisist Namiq Hacıheydərlinin sizin haqqınızda belə bir yazısını gördüm; “Tamaşada gənc və istedadlı aktyor Bəhram Əliheydərın oyununu izlədikcə çox sevdiyim Hüseyn Ərəbliniski haqqında oxuduqlarımı və eşitdiklərimi xatırladım. Bəlkə də müqayisəm qüsurludu, amma mənə elə gəldi ki, bu gəncin timsalında 100 ildən sonra Azərbaycan səhnəsinə yeni Hüseyn Ərəblinski gəlir...” Bu fikrə münasibətiniz.

-Onda belə başlayım; Namiq bəyin sosial şəbəkədə yazdığı o fikirdən sonra mənə mesajlar yazan şəxslərə sadəcə demək istəyirəm ki, həqiqətən Namiq bəylə şəxsi tanışlığımız yoxdur. Hətta mənim özümə yazını tanışlarım göstərəndən sonra biz Namiq bəylə elə sosial şəbəkədə danışdıq və mən təşəkkür etdim. Çünki belə bir savadlı və mədəni adamın mənə diqqət ayırması həqiqətən xoşdur. Belə rəylərdən sonra mənə ancaq məsuliyyət və minnətdarlıq etmək düşər.
Sevənlər olmasa yaşadığmı hiss etmərəm - Gənc və istedadlı aktyor Bəhram Əliheydər
- Sizi sevənlərə, saytımıza və saytımızın oxucularına sözünüz varmı?!

- Əvvəla saytınıza və sizə təşəkkür edirəm diqqəriniz üçün. Məni sevənlərə də sevməyənlərə də var olmalarını diləyirəm. Sevməyənlər olmasa qüsurlarımı görmərəm. Sevənlər olmasa yaşadığmı hiss etmərəm...

- Bizə zaman ayırdığınız və gözəl söhbət üşün dərin təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.


Söhbətləşdi: Ləman Fikrətli
Aziya.info
dle

Səs Verin: