Реклама
» » “Vikipediya”da böyük ədibin qızı Gülarə Cabbarlı haqqında məqalə yaradılıb

“Vikipediya”da böyük ədibin qızı Gülarə Cabbarlı haqqında məqalə yaradılıb

15-02-2018, 16:26
Cap edin
“Vikipediya”da böyük ədibin qızı Gülarə Cabbarlı haqqında məqalə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçısı tərəfindən böyük dramaturq və şair Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı haqqında “Vikipediya”da məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalə ilə https://az.wikipedia.org/wiki linkində tanış olmaq mümkündür.

1930-cu il fevralın 11-də Bakıda anadan olmuş G.Cabbarlı uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru, həmçinin “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri olub.

G.Cabbarlı fevralın 12-də 88 yaşında vəfat edib.
Ruhu şad olsun.
dle

Səs Verin: