Реклама
» » Dünya mifologiyasında at obrazı

Dünya mifologiyasında at obrazı

13-04-2017, 08:30
Cap edin
Dünya mifologiyasında at obrazı
Hors – İngilis dilində “At”deməkdir. Qədimdən “at “ müqəddəs heyvan sayılıb və günəşin rəmzi, bir çox tanrıların atributu, simvolu və ya obrazı olub. Tanrılar və mifik qəhrəmanlar səma atları vasitəsilə dünyadan dünyaya səyahət ediblər. Hindlilərdə Aşvina, yunanlarda Dioskura, Baltik mifologiyasında ”tanrı övladları” adlanan tanrılar ekiz atlar şəklində təsvir ediliblər. Xett şimşək tanrısı Pirva, Perkunos Hind avropa mifologiyasında, Slavyanlarda Perun at üzərində təsvir edilib. Yunanlarda günəş tanrısı Helios, Faeton, Apollon, Feb atlar qoşulmuş çarxlı arabada təsvir edilib.
Ağ rəngli günəş atı-ağılın, təmizliyin, intellektin, Müqəddəs Qeorqinin simvolu olub. Qara at ölümün, xaosun simvoludur. Qanadlı ata ilk dəfə Şumer günəş tanrısı Mardukun təsvirində rast gəlinib. Bu, dörd at qoşulmuş günəşin rəmzi olan çarxlı arabadır.
Yunan mifologiyasında tanrılarından - Feb, Poseydon atla, Demetra at başlı, Persefona ağ atlı, Ares (Mars), Dionis, Pluton, Afina, Afrodita, Kronos, ov ilahəsi Diana da at üzərində təsvir edilib. Mifik atı oğurlayanlar – Laomedon, Herakl, Billerofon olub. Axillesin atı Ksantos insan səsli olub.
Roma, Kelt, Qall, Çin, Yapon mifologiyasında da atın xüsusi yeri var. Skandinav mifologiyasında Odinin səkkiz ayaqlı atından bəhs edilir. Sibir və Altay Şamanları atın ruhunu qovaraq onunla bərabər dünyalar arası səyahətə çıxırlar. Günəş tanrısı Mitranın çarxa qoşulmuş atları ağ rəngdə olub.
Buddizm, İnduizm, Daosizmdə ağ, qanadlı atlardan söhbət gedir. Bibliyada İlya peyğəmbər çarxlı arabaya qoşulmuş alovlu atlarla göy üzünə çıxmışdı. Xristianlıqda günəşin, cəsurluğun, ədalətin rəmzi sayılıb. “At”müqəddəs Georginin, Martinin, Qubertin, Yevstaxın, Mavrikin, Apostol İakovun, Viktorun, Aidananın, Şotlandiyanın Apostolu Kolumbun, vəhşi atların parçaladığı İppolitin atributu olub. At İslamda var dövlət və zənginlik rəmzi olub. Məhəmməd peyğəmbər də göylərə - meraca atla - “Burak “adlı, qadın simalı atla qalxdı. ”Berk” ərəb dilində “Şimşək” deməkdir. “At” günəşin rəmzi - Horos “hor” tanrı, günəş, gök tanrısı . Özbəklər ata ”ot” deyir, bizdə isə “ot-od”həm də “alov-od”deməkdir.
İndoneziyalılar ata “kudo”, Perslər də tanrıya “xuda-xudo”deyir. Yaran suvar-ləzgilərin yaz gecə gündüz bərabərliyində 22 martda keçirdiyi günəş bayramıdır. Yar ləzgi dilində - qırmızı, gözəl, şəfəq, sevgili, sevimli deməkdir və kalendar aylarından birinin mart ayının adıdır. Yavan dilində günəş rəmzi olan at “yaran”adlanır. Monqol və Buryat dilində At “Azarqa” adlanır. Tuvalılada isə “Azar” səmaların obrazıdır. İtalyan dilində isə “adzurra “səma mavisi" deməkdir. Yəni əksər dillərdə “At” sözünün deyilişi və mənası “gün-günəş-səma” mənası verərək bir birini tamamlayir .
Koroğlunun “Qır” atı da qanadlı idi. Bənzərliyə diqqət edək; ”Qır” At – Horos -Hors! “Qır – Hor”,”Qr-Hr”...


Firəngiz Rüstəmova dle

Səs Verin: