Реклама
» » "Dünya sanki yuxudur" -Tehranə Nəcəfli yazır...

"Dünya sanki yuxudur" -Tehranə Nəcəfli yazır...

7-05-2018, 18:09
Cap edin
"Dünya sanki yuxudur" -Tehranə Nəcəfli yazır...

27 noyabr 2006-cı ildə Salyan rayonunda anadan olub.
Salyan şəhəri, 5 saylı əsas məktəbin 5-ci sinif şagirdidir.
Dünya necə gözəldir,
Necə də firavandır.
Ancaq dünyada hər şey
Bir saniyə, bir andır.

Dünya sanki yuxudur,
Sanki yuxu görürsən.
Günlər eyni cür olmur,
Ağlayırsan, gülürsən.

Ömür bir yol, cığırdır,
Hey gedirsən, gedirsən.
Bu yol, cığır bitəndə,
Dünyadan köç edirsən...

Qəfildən diksinirsən,
Yuxudan oyanırsan.
Dönüb gəldiyin yola
Baxırsan, boylanırsan...

Onda başa düşürsən,
Cənnət, cəhənnəm nədir.
Əgər peşiman olsan,
Onda günah səndədir.
dle

Səs Verin: