Реклама
» » İsrail-İran müharibəsi başlasa, Azərbaycan bundan zərər görəcək…

İsrail-İran müharibəsi başlasa, Azərbaycan bundan zərər görəcək…

2-05-2018, 17:46
Cap edin
İsrail-İran müharibəsi başlasa, Azərbaycan bundan zərər görəcək…
Son günlər İsrail-İran münasibətlərinin gərginləşməsi dünyanın diqqət mərkəzindədir. “İranın nüvə arxivləri” adlı sənədi ələ keçirən İsrail kəşfiyyatı qorxulu gerçəyə çevrilib. İndi dünya ölkələrini bir sual narahat edir. İsrail İranla hərbi əməliyyatlara başlaya bilərmi?

Maraqlıdır ki, İsrailin baş naziri Benyamin Netanyahu CNN-ə açıqlamasında ölkəsinin İranla müharibə arzusunda olmadığını bildirib.

Bəs İsrailin İranla bağlı hərbi planları nədir?

Aziya.info-nun məlumatına görə, “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, İsrailin İranı müharibə ilə hədələməsinin əsas səbəbi kəşfiyyat məlumatları ilə bağlıdır.

“İsrailin əsas iddiası da odur ki, əlindəki kəşfiyyat məlumatları İranın nüvə çalışmalarının heç də sülhməqsədli olmadığını, beynəlxalq aləmin gözündən uzaq “işlərlə” məşğul olduğunu göstərir. Bu iddialara Amerika inandı, Avropa qitəsi və digər ölkələr isə o qədər də inanmadı. Çünki İsrailin İranı hədəf aldığını hamı bilir və Təl-Əviv heç zaman Tehrana inanmayıb.

İsrail İranı hədəf alarkən ancaq özünün təhlükəsizliyini düşünür, İrana zərbə nəticəsində bunun bölgəyə hansı fəlakətlər gətirəcəyini əsla diqqətə almır. Bu bölgə üçün həm hərbi, həm iqtisadi, həm də humanitar fəlakətə yol açacaq”.

İran Xəzəryanı dövlət olduğundan müharibə başlayacağı təqdirdə bölgəyə təsir baxımından Azərbaycan hansı problemlərlə üzləşə bilər?

Ekspertin sözlərinə görə, müharibə başlayacağı təqdirdə əsla Azərbaycanın maraqlarına cavab verməyəcək.

“Gözümüzün qarşısında İraq, Liviya və Suriya nümunəsi var. Müharibənin başlaması ehtimalı Azərbaycanın da maraqlarına əsla cavab vermir. İran Azərbaycanın qonşusu və iqtisadi layihələrdə tərəfdaşıdır. Azərbaycanın İsraillə də bəlli əlaqələri var, neft satıb, silah alırıq.

Ona görə də tərəfdaşlarımız arasındakı gərginliyin Azərbaycana mümkün təsirləri ola bilər. 2000-ci illərin ortalarını xatırlayın, İran nüvə çalışmalarını davam etdirərkən İsrail və Amerika bu dövləti raket zərbələri ilə hədələyirdi.

İrandakı bəzi dairələr də bizi hədələyirdilər ki, bəs “Siz Amerikanın və İsrailin tərəfdaşısınız, ona görə də düşmənlərimiz sizin torpaqlardan istifadə edəcəklər”. Nə qədər and-aman etsək də ki, Azərbaycanın hansısa dövlətlə münasibəti üçüncü dövlətə qarşı yönəlməyib, inanmadılar. Vəziyyəti qəlizləşdirən İsrailin bəzi nəşrlərinin İrana mümkün zərbədə Azərbaycanın hava məkanından istifadə etməsini yazmaları idi. Sanki qəsdən Azərbaycan-İran münasibətlərini daha bir az gərginləşdirirdilər. Nəhayət İranla böyük dövlətlər razılığa gəldilər və Tehrandakı mərkəzlər bizdən əl çəkdilər. İndi yenə vəziyyət əvvəlki duruma gələ bilər”.
dle

Səs Verin: