Реклама
» » "Yetim işartıdan gözlərim yarandı" - Cavid FƏRZƏLİnin şeirləri

"Yetim işartıdan gözlərim yarandı" - Cavid FƏRZƏLİnin şeirləri

26-06-2017, 14:41
Cap edin
Cavid FƏRZƏLİ

"Yetim işartıdan gözlərim  yarandı" - Cavid FƏRZƏLİnin şeirləri
Tanrı,
solğun bir səsdən
qulaqlarım,
yetim işartıdan gözlərim
yarandı,
Bir ömür zəhmətdənsə əllərim...
...Tanrı, məni ölən gündən apar
peyğəmbərliyin yarandığı günə.

***
Sevgimizin sübh çağı ola,
sevəm sabahların,
Eşqimiz bütdən ola,
sevəm səcdələrin...
Həyatımız uzun ayrılıq ola,
Sevəm dekabr gecəsini.
Ovcumun istisinə
sığına barmaqlarım,
Sevəm tənhalığın soyuqluğunu.

***
Sonra bədbəxtliyin binası
göz-göz işiq basdırar,
Ürəyim kölgə-kölgə yanar.
İşığın soyuğundan sonra
qaranlıq qurtarar...
Zülmətin ağaran dibi
xoşbəxtlik olar.
Tanrı, xoşbəxtkən günümüzü
ölən duanam,
Yaşarkən ömrümüzü
hər gün bir az ölən
şükürəm.
Yaşamağa ölüm gəzəm,
Öləm canım qurtara ölməzəm...

***
Atlı sevgilərin
ayaqlarıdı yerişim.
Qapısız ayaqqabıların
ünvanı səfil sevgilərdi.
Ayaqyalın ayrlıqlar
əyni nazik sevgilərdi.
Bu sevgi bağları
ömrümdə düyün kimidi.
Tənha ayaqqabılarımsa
qoşa qarıyan sevgilər kimi...
dle

Səs Verin: